"Azərbaycan - yurdum mənim!" | Azərbaycan şeiri

Qayalarda bitən çiçək,
Çiçəklikdə bir qayatək,
Ulduzlara səs düşəcək:
Azərbaycan – yurdum mənim!

                ***

Qartalları od qanadlı,
Oğulları şimşək atlı,
Ana Vətən kainatdı
Azərbaycan – yurdum mənim!

                ***

Dostdan uca zirvə varmı?
Sözdən şirin meyvə varmı?
Bundan gözəl töhfə varmı?
Azərbaycan – yurdum mənim!

Müəllif: Məmməd Araz.

"Azərbaycan - yurdum mənim!" | Azərbaycan şeiri



 

0 şərh